Aqrar

"Münbit torpağımız və şirin su ehtiyatlarımız məhduddur"

Bu gün "Yaşıl gələcək üçün innovasiyalar" mövzusunda beynəlxalq forum öz işinə başladı.

"BI" xəbər verir ki, ADA-da keçirilən foruma Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva da qatılıb. 

Qonaqları salamlayan ADA-nın rektoru Hafiz Paşayev bildirdi ki, universitet lazım olunan enerjinin 50 faizini geotermal üsulla alır. Ağıllı texnologiyalardan istifadə etmək imkanlarını daim genişləndirməyə çalışır. 

Kənd təsərrüfatı naziri İnam Kərimovun açıqladığı rəqəmlər isə kənd təsərrüfatı sektorunun Azərbaycan üçün necə bacib sahə olduğunu göstərdi. Nazirin səsləndirdiyi rəqəmlərə görə, 2050-ci ildə dünya əhalisinin sayı 9.2 milyard nəfərə çatacaq. Bu zaman isə ərzaqla təminat mühüm məsələyə çevriləcək. Ona görə də Azərbaycan ərzaq istehsalını 60 faiz artırmalıdır. Eyni zamanda baş verən iqlim dəyişikliyi, gübrələrin və pestisidlərin torpağa vurduğu zərər aradan qaldırılmalıdır.

"Münbit torpağımız və şirin su ehtiyatlarımız məhduddur və biz bundan səmərəli istifadə edərək gələcək təminatımızı qurmalıyıq". 

İ.Kərimov vurğuladı ki, aqrar sektorda innovasiyaların tətbiq edilməsi keyfiyyətli ərzaq məhsullarının istehsal edilməsi, ekosistemin qorunması üçün vacib əhəmiyyət daşıyır və daha az maliyyə xərcləri ilə daha çox məhsul götməyə imkan verir. Mobil təhlillər isə göstərir ki bu sahədə məhsul istehsalı imkanı 52 milyard manatdan yüksəkdir. 

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemir isə yaxın gələcəkdə dünyada şirin su və ərzaq savaşı başlayacağını anons etdi.  "Çünki sənayeləşmə güclü şəkildə irəliləyir, kənddən şəhərə axın artıbr. Qarşımızdakı 10 ildə ağıllı texnologiyaların sürətli inkişafının şahidi olacağıq.  Ancaq kənd təsərrüfatı sektoru prioritet olaraq qalacaq. Nə qədər big data önəmli olacaqsa, yenə də ilk beşlikdə qida və kənd təsərrüfatı şirkəti də yer tutacaq.  Bu aydındır ki, dünyanı doyuran dünyanın lideri olacaq". 

Türkiyəli nazir Azərbaycan prezidenti ilə görüşündə kənd təsərrüfatı sektorunda planlamanı qurmaqla bağlı məsələlərə toxunduqlarını vurğuladı. O, bütün məhsulları sonuna qədər istifadə etmək, enerjinin alınmasında bərpaolunan enerji mənbələrinin əhəmiyyətini yüksəltməyin vacibliyini qeyd etdi. 


Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji imkanları böyükdür və hazırda külək, günəş enerjisinin alınması az da olsa mövcuddur, "Böyük şor" gölündə üzən günəş paneli tikilməsinə başlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department