Hesabatlar

Azərbaycanın xarici dövlət borcu: TOP-6 QURUMLAR HANSILARDIR? - CƏDVƏL

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun ən böyük payı Azərbaycan Maliyyə Nazirliyinə məxsusdur, çünki ölkənin avrobondları üzrə idarəçilik bu quruma aiddir.  

Xarici dövlət borcunun 18,3 %-i və ya 918 milyon dolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) aid olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.

Xarici dövlət borcunun 14,9 %-i və ya 748,3 milyon dolları “Azərbaycan Dəmir Yolları” QSC-yə aid olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.

Xarici dövlət borcunun 13,4 %-i və ya 671,3 milyon dolları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % azdır.

Xarici dövlət borcunun 2,5 %-i və ya 122,5 milyon dolları Kənd Təsərrüfatı Nazirliyinə aid olub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

Ümumilikdə siyahı isə belədir: 

Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü

ABŞ dolları

AZN

 

Maliyyə Nazirliyi

 

 

2.097,2

 

3.565,2

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

 

918,0

 

1.560,6

 

“Azərbaycan Dəmir Yolları” QSC

 

748,3

 

1.272,1

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

 

671,3

 

1.141,2

 

NMR Dövlət Su Ehtiyatları Agentliyi

 

192,0

 

326,4

 

Kənd Təsərrüfatı Nazirliyi

 

122,5

 

208,3

 

Digər

 

261,4

 

444,4

 

CƏMİ

 

5.010,7

 

8.518,

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)