Ərdoğan Bəxtiyar Ersayın rütbəsini artırdı

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.
Qeyd edək ki, Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb.
O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.