Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

2025-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında artım müşahidə olunub və 846 mindən çox ödəniş tapşırığı icra edilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 480,9 milyon manat təşkil edib. Bu da yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.
Gəlirlərdə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 milyard 560,8 milyon manat təşkil edərək proqnozdan 598,0 milyon manat, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat, sair daxilolmalar 488,0 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat çox olub. Dövlət Neft Fondundan transfert isə 8 milyard 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 589,2 milyon manat təşkil edərək proqnozdan 2,8, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 24,2 faiz az icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 586,9 milyon manat proqnoza qarşı 19 944,6 milyon manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.