Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 823,9 min olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 7 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 55,8 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,3 % artaraq 226,8 minə çatıb.
Həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.