“Atəşgah” Sığorta Şirkətinin rəhbərliyinə təyinat olub

“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvlərindən biri Direktorlar Şurasına keçirilib.
Bu barədə, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Ayla Elman qızı Mustafayeva Direktorlar Şurasının üzvü seçilmişdir.
Qeyd edək ki, Ayla Mustafayeva bu təyinatadək “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışmışdır.
Eyni zamanda, “Atəşgah” Sığorta Şirkəti korporativ idarəetmə prinsiplərinə uyğun olaraq idarəetmə strukturlarının formalaşdırılması prosesini uğurla davam etdirir. Bu prosesin yaxın zamanda tam şəkildə başa çatdırılması nəzərdə tutulub.