MALİYYƏ

1 milyard 300 milyon manat yandırılıb

Məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilmiş və dövr ərzində 1.3 milyard manat həcmində yararsız pul nişanlarının məhv edilməsi (yandırılması) təmin olunmuşdur.

"BI" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir.  

Hesabatda qeyd edilib ki, Mərkəzi Bank tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili diqqət mərkəzində saxlanılmış, 2017-ci il ərzində 1322 ədəd (30 min 478 manat) saxta pul nişanı tədavüldən çıxarılaraq müvafiq araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Hesabat dövrünün sonuna tədavüldə olan hər 163 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşmüşdür ki, bu da digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozona üzrə dövriyyədə olan hər 30 000 ədəd kağız pul nişanına 1 ədəd saxta).

Manatın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)