"PASHA Həyat" işçi axtarır - VAKANSIYA

Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti/ baş mütəxəssisi
Son tarix 08 iyn 2025
Qiymətləndirmə və portfel analizi şöbəsi
Son müraciət tarixi: 18.05.2025
Vəzifə Öhdəlikləri:
- Baza sığorta tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılması, metodologiyasının işlənib hazırlanması;
- Tarifin və zərərlilik əmsalının hesablanmasında qabaqcıl təcrübənin tətbiq edilməsi;
- Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
- Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı tariflərin iqtisadi əsaslandırılması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
- Audit yoxlaması zamanı tədbirlər planını icra etmək , icrasına nəzarət etmək;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək
- Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
- Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması;
- Şirkət daxilində ehtiyac yarandıqca əməkdaşlarının məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərdə təlimçi kimi iştirak;
- Risk iştahası bəyannaməsində qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktuar sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
- Təhsil: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı (ingilis dili üstünlükdür);
- Kompüter bilikləri: MS Office yüksək səviyyədə bilmək;
- Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması, Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi, SQL, R və Python proqramlaşdırma biliklərin olması, MS Excel-VBA biliklərin olması
Biz nə təklif edirik:
- Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sığortalan;
- Peşəkar inkişaf və təlim imkanları;
- Dinamik və innovativ iş mühiti;
- Parkinq imkanı
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.