MALİYYƏ

"Regionda baş verən proseslər Azərbaycana da təsir edə bilər"

Dövlət büdcəsində nəzərdə tutulan neftin proqnoz qiyməti nəzərə almaqla 2019-cu ilin sonunda Dövlət Neft Fondunda əlavə 1-2 milyard dollara yaxın gəlir olacaq.

"BI" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu artımın özü müsbət göstəricidir: “Biz bir tərəfdən bütün xərclərimizi təmin edir, digər tərəfdən ehtiyatlarımızı artırırıq. Digər tərəfdən, xərclərimizi elə həyata keçiririk ki, onlar makroiqtisadi sabitliyə təsir göstərməsin. Bütün bunlar kifayət qədər mürəkkəb xarici mühitdə baş verir. Siz görürsünüz ki, bizim ətrafımızda xarici iqtisadi mühit hansı vəziyyətdədir?! Şübhəsiz ki, regionda baş verən proseslər Azərbaycana da öz təsirini göstərə bilər. Biz həmin mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını almalıyıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)