Sağlamlıq

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edildi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.

ENA.az xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru təyin olunub.

Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)