Sağlamlıq

Təcili tibbi yardımda süni intellekt tətbiq ediləcək

Təcili tibbi yardımda süni intellekt tətbiq ediləcək. Həmçinin çağırışlar vahid platfomalardan idarə olunacaq.

TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə deyir ki, bundan sonra xidmət zamanı süni intellekt əsaslı analitik alətlərdən istifadə olunacaq.

Təcili tibbi yardım maşınlarını idarə edən sürücülər isə naviqasiya sistemli mobil cihazlarla təmin olunacaqlar.

Fərid İsrafilzadənin sözlərinə görə, təcili tibbi yardımda çağırışlar vahid platfomalardan idarə olunacaq.

Fərid İsrafilzadə deyir ki, bu və digər istiqamətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün xarici ekspertlərin cəlb edilməsi və əməkdaşlıq da planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)