Sağlamlıq

TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.

"İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.

Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.

Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.

Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - qurumdan bildirilib.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin elektron sistemində yaranmış texniki nasazlıqla əlaqədar uzun növbələr yarandığı iddia edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)