Azərbaycan banklarına kontr-tsiklik kapital buferinin təyin edilməsinin səbəbi açıqlanıb

Azərbaycan banklarına kontr-tsiklik kapital buferinin təyin edilməsinin səbəbi mümkün şoklara qarşı dayanıqlılığı artırmaq, şok zamanı kreditləşmənin davamlılığını təmin etməkdir.
Bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Əliyar Məmmədyarov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"0,5 % ən optimal rəqəmdir. Bu, beynəlxalq təcrübəyə görə də belədir. Ölkədə ümumi kredit aktivliyi 0,2 %-in üzərində olanda kontr-tsiklik kapital buferi tətbiq edilir. Hesablamalarımız göstərir ki, buferin tətbiqi kreditləşmə potensialını 2,5 milyard manat azaldacaq. Hazırda bank sektorunun kredit portfeli 18 milyard manatdır", - deyə o qeyd edib.