İpoteka kreditlərinə nə qədər imtina verilib?
Azərbaycanda ipoteka krediti almaq üçün müraciət edən vətəndaşlara imtina verilməsinin səbəbləri məlum olub.
ENA.az xəbər verir ki, bununla bağlı İpoteka və Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayev açıqlama verib. Onun sözlərinə görə, dövlət hesabına verilən ipoteka kreditlərində imtinaların əsas səbəbi mənfi kredit tarixçələri deyil, gəlirləri real əks etdirməmələridir:
"Bununla bağlı vətəndaşlardan Fonda şikayətlər daxil olur və ciddi araşdırır".
Rasim Abdullayevin sözlərinə görə, banklarda ümumi ipoteka müraciətlərinin 50-60%-ə imtina qərarı verilir.

















