Bir manat kapital nə qədər qazandırır: Bankların yarışında lider dəyişir - TƏHLİL
ENA.az olaraq bu yazıda oxucularımıza ROE üzrə ölkə banklarının renkinqini təqdim edirik. Bu reytinq göstərir ki, bankın uğurunu yalnız aktivlərin və ya mənfəətin həcmi ilə deyil, həmin mənfəətin səhmdar kapitalına nə qədər gəlir gətirməsi ilə ölçmək daha doğru yanaşmadır.
ROE (Return on Equity – kapitalın gəlirliliyi) - bankın səhmdarlarının qoyduğu hər 1 manat kapitaldan nə qədər mənfəət əldə etdiyini göstərir.
2026-cı ilin II rübü üzrə apardığımız təhlil göstərir ki, Azərbaycanda bankların gəlirlilik yarışında liderlik aktivlərin böyüklüyü ilə deyil, kapitalın effektiv idarə olunması ilə müəyyənləşir.
Kapital Bank liderdir: hər 100 manat kapital 33,1 manat qazandırır
Reytinqin zirvəsində Kapital Bank qərarlaşıb. Bankın ROE göstəricisi 33,1% təşkil edir. Bu o deməkdir ki, səhmdarların banka yatırdığı 100 manat kapital il hesabı ilə təxminən 33 manat mənfəət yaradır. Bank sektoru üçün bu, kifayət qədər yüksək göstəricidir və Kapital Bankın həm gəlirliliyinin, həm də kapitaldan istifadə səmərəliliyinin yüksək olduğunu göstərir.
Bank Respublika ikinci yerdə sürpriz yaradır
İkinci pillədə Bank Respublika qərarlaşıb. ROE göstəricisi 25,6% olan bank ölçüsünə görə bazarın liderlərindən olmasa da, kapitalın gəlirliliyi baxımından ölkənin ikinci ən effektiv bankıdır.
Bu nəticə göstərir ki, bankın idarəetmə modeli aktivlərin ölçüsündən daha çox onların keyfiyyətinə və gəlirliliyinə əsaslanır.
ABB böyükdür, amma gəlirlilikdə üçüncüdür
Azərbaycanın ən böyük dövlət bankı ABB 22,5%-lik ROE ilə üçüncü yerdədir.
ABB həm kredit portfeli, həm aktivləri, həm də mənfəəti üzrə bazarın liderlərindən biri olsa da, kapitalın gəlirliliyi baxımından Kapital Bank və Bank Respublikadan geri qalır.
Bu isə onu göstərir ki, bankın ölçüsü hər zaman kapitalın daha səmərəli işləməsi demək deyil.
PAŞA Bank niyə səkkizinci yerdədir?
Ən maraqlı nəticələrdən biri PAŞA Bankla bağlıdır. Aktivlərinə, kredit portfelinə və mənfəətinə görə ölkənin ilk üç bankından biri olan PAŞA Bank ROE üzrə 14,7% ilə yalnız 8-ci yerdədir. Bu göstəricinin bir neçə mümkün izahı var. Bunların arasında bankın kapital bazasının çox böyük olması, ehtiyatlı kapital siyasəti aparması və yüksək kapitallaşmanın ROE-ni aşağı salması kimi amillər vardır. Başqa sözlə, bank kifayət qədər mənfəət qazansa da, böyük kapital bazası səbəbindən həmin mənfəət kapitala nisbətdə daha aşağı görünür.
Bank of Baku ilk beşliyə daxil olub
Son aylarda kredit riskləri və portfel keyfiyyəti ilə bağlı diqqət çəkən Bank of Baku ROE reytinqində 17,7% göstərici ilə beşinci sırada qərarlaşıb. Bu, bankın kapitaldan gəlir əldə etmək qabiliyyətinin hələ də yüksək olduğunu göstərir. Lakin gələcək dövrdə problemli kreditlər üzrə ehtiyatların artması ROE-yə təzyiq göstərə bilər.
Dövlət bankları arasında fərqli mənzərə
Reytinq göstərir ki, dövlət bankları arasında da ciddi fərq yaranıb.
ABB – 22,5%
Azər Türk Bank – 16,0%
Ən zəif nəticələr
Reytinqin sonunda aşağıdakı banklar qərarlaşıb:
AFB Bank – 0,6%
Bank Avrasiya – 2,1%
Azərbaycan Sənaye Bankı – 5,2%
Xalq Bank – 5,2%
Yapı Kredi Azərbaycan – 7,4%
Rabitəbank – 8,1% ə
“Xalq Bank”ın ROE göstəricisi iri bank üçün kifayət qədər aşağı hesab olunur və kapitalın gəlirliliyinin zəif olduğunu göstərir.
Xüsusilə AFB Bank üzrə nəticə onu göstərir ki, bankın kapitalı faktiki olaraq gəlir yaratmır.
ROE əmsalına görə bankların reytinqi (2026 II rüb)
|
№ |
Bank |
ROE |
|
1 |
Kapital Bank ASC |
33.1% |
|
2 |
Bank Respublika ASC |
25.6% |
|
3 |
ABB ASC |
22.5% |
|
4 |
AccessBank QSC |
21.5% |
|
5 |
Bank of Baku ASC |
17.7% |
|
6 |
Unibank KB ASC |
16.0% |
|
7 |
Azər Türk Bank ASC |
16.0% |
|
8 |
PAŞA Bank ASC |
14.7% |
|
9 |
Ziraat Bank Azərbaycan ASC |
13.3% |
|
10 |
Yelo Bank ASC |
13.3% |
|
11 |
Expressbank ASC |
11.0% |
|
12 |
Bank VTB (Azərbaycan) ASC |
10.0% |
|
13 |
Premium Bank ASC |
9.6% |
|
14 |
TuranBank ASC |
9.2% |
|
15 |
Bank Melli İran Bakı filialı |
8.3% |
|
16 |
Rabitəbank ASC |
8.1% |
|
17 |
Yapı Kredi Bank Azərbaycan QSC |
7.4% |
|
18 |
Azərbaycan Sənaye Bankı ASC |
5.2% |
|
19 |
Xalq Bank ASC |
5.2% |
|
20 |
Bank Avrasiya ASC |
2.1% |
|
21 |
AFB Bank ASC |
0.6% |

















