Əmanətlər üç bankın əlində cəmləşir: banklardan kənarda isə 18,9 milyard manat nağd pul qalır - TƏHLİL
2026-cı ilin ikinci rübünün yekunları göstərir ki, Azərbaycan bank sektorunda depozit bazarı əvvəlki illərdə olduğu kimi yüksək konsentrasiya ilə seçilir. ENA.az-in hazırladığı reytinqə əsasən, əhali və biznes subyektlərinin banklarda saxladıqları vəsaitlərin böyük hissəsi cəmi üç bankda toplanıb.
İlk üç bank bazarın təxminən 68%-ni idarə edir
2026-cı il iyul ayının 1-nə Kapital Bank – 9,95 milyard manat, ABB – 9,26 milyard manat, PAŞA Bank – 7,22 milyard manat depozit portfelinə malikdir.
Cədvəldə yer alan 21 bankın ümumi depozit portfeli təxminən 42,7 milyard manat təşkil edir. Buna əsasən hesablamaq olar ki, Kapital Bank – 23,3%, ABB – 21,7%, PAŞA Bank – 16,9% paya sahibdir.
Beləliklə, ilk üç bank birlikdə bazardakı depozitlərin təxminən 62%-ni idarə edir. Bu isə bank sistemində vəsaitlərin əsasən iri banklarda cəmləşdiyini göstərir.
Xalq Bank və Azər Türk Bankı da əlavə etsək, ilk beş bankın payı 70%-ə yaxınlaşır. Bu beş bankın ümumi depozit portfeli 29,6 milyard manata yaxındır. Bu isə bazarın təxminən 69%-i deməkdir. Başqa sözlə, qalan 16 bank birlikdə bazarın cəmi 31%-ni bölüşür. Ən sürətli depozit artım isə Kapital Bankdadır.
Azalma yaşayan banklar da var
Bəzi banklarda isə depozit portfeli kiçilib. Ən diqqətçəkən azalma Xalq Bank, Azər Türk Bankdadır. Bu, iri korporativ müştərilərin vəsaitlərinin hərəkəti və ya likvidliyin idarə olunması ilə bağlı ola bilər.
Banklardan kənarda 18,9 milyard manat nağd pul qalır
Mərkəzi Bankın məlumatına görə, dövriyyədə və banklardan kənarda saxlanılan nağd pulun həcmi 18 milyard 885 milyon manatdır. Bu rəqəm olduqca diqqətçəkicidir. Müqayisə üçün bank sistemindəki ümumi depozitlər – 42,7 milyard manat, banklardan kənarda olan nağd pul – 18,9 milyard manatdır. Yəni dövriyyədə olan nağd vəsait bank depozitlərinin təxminən 44%-nə bərabərdir.
Bunu da oxu: Azərbaycanda çevik iş vaxtı tətbiq ediləcək
Bu göstərici onu göstərir ki, iqtisadiyyatda hələ də böyük həcmdə vəsait bank sistemindən kənarda qalır. Bunun əsas səbəbləri kimi nağd hesablaşmaların geniş yayılması, qeyri-rəsmi iqtisadi fəaliyyət, vətəndaşların banklara inamı və əmanətlər əvəzinə nağd vəsait saxlama vərdişi göstərilir.
Əgər bu vəsaitlərin hətta kiçik bir hissəsi bank sisteminə cəlb olunsa, bankların kredit vermək imkanları əhəmiyyətli dərəcədə genişlənə, maliyyə resurslarının dəyəri isə müəyyən qədər aşağı düşə bilər.
Depozit portfelinə görə bankların renkinqi:
|
№ |
Bank |
II rüb, milyon manatla |
|
1 |
Kapital Bank |
9951.2 |
|
2 |
ABB |
9257.1 |
|
3 |
PAŞA Bank |
7216.2 |
|
4 |
Xalq Bank |
1700.8 |
|
5 |
Azər Türk Bank |
1489.6 |
|
6 |
Unibank |
1379.1 |
|
7 |
Bank Respublika |
1099.7 |
|
8 |
AccessBank |
1084.6 |
|
9 |
Yelo Bank |
1039.2 |
|
10 |
Bank of Baku |
948.9 |
|
11 |
Ziraat |
866.6 |
|
12 |
Rabitəbank |
840.7 |
|
13 |
Yapı Kredi |
573.0 |
|
14 |
ASB |
513.6 |
|
15 |
TuranBank |
462.9 |
|
16 |
Premium |
392.4 |
|
17 |
Express |
352.1 |
|
18 |
AFB |
342.3 |
|
19 |
VTB |
121.8 |
|
20 |
Avrasiya |
75.3 |
|
21 |
Melli İran |
36.3 |

















