Azərbaycanın daxili dövlət borcunda azalma qeydə alınıb
Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon ABŞ dolları təşkil edib.
ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7 % azdır.
Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 12,2 %-ni təşkil edib.
Qeyd edək ki, azalma dövlətin qiymətli borc kağızlarının tədavülünin həcmindəki düşmə ilə bağlıdır. Belə ki, Maliyyə nazirliyinin borc kağızları daha az intensivliklə bazara daxil olur.
















