Aqrar

Azərbaycan Afrikadan qoyun idxal edəcək

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında (CAR) səfərdədir. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir. 

Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. 

Qeyd edək ki, “Dorper” cinsli qoyunlar 100 il öncə seleksiya yolu ilə əldə edilməyə başlayıb.

Dərisinə və ətinə görə saxlanılan bu qoyunlar ən az yemləmə şəraitində belə, sürətlə böyüyür, yüksək məhsuldarlığa malik olurlar. “Dorper” bahalı qoyun cinsi hesab edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department