Aqrar

Dövlət agentliyi 19,6 milyon manat güzəştli kredit verib

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən fiziki və hüquqi şəxslərə 19,6 milyon manat güzəştli kredit verilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə bu ilin ilk rübündə AKİA-nın xətti ilə aqrar sektorda çalışan şəxslərə 1036 müraciət üzrə 19.6 milyon manat məbləğində güzəştli kredit verilib.

Qeyd edək ki, bunun 19.5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, qalan hissəsi isə güzəştli və mikrokreditlərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)