Səhiyyə Nazirliyində təyinat olub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və tibbi cihazlar departamentinin direktoru təyin edilib.
Məlumata görə, bu, Şahbala Yaqubovdur.
O, 2024-cü ilin oktyabrından etibarən adıçəkilən vəzifəni icra edəcək.
2023-cü ilin iyulundan etibarən Əczaçılıq və tibbi cihazlar departamentinin direktor vəzifəsini müvəqqəti əvəz edirdi.
Şahbala Yaqubov 2016-cı ildən nazirlikdə çalışır. Buna qədər müxtəlif departamentlərdə müavin vəzifəsinə qədər yüksəlmişdi.