Avtomobil

Mercedes-Benz endirim etməyəcək - AÇIQLAMA

Alman avtomobil istehsalçısı Mercedes-Benz yüksək qiymət səviyyələrini qoruyacağını və avtomobil sənayesində endirim yarışına girməkdən uzaq duracağını açıqlayıb.

Alman lüks avtomobil istehsalçısı birinci rübdə LSEG-in 3,87 milyard qiymətləndirməsi ilə müqayisədə onun faiz və vergilərdən əvvəl qazancının 30 faiz azalaraq 3,86 milyard avroya (4,13 milyard dollar) düşdüyünü söylədi.

Şirkət, qrupun Mercedes-Benz Avtomobil bölməsində satış gəlirinin əvvəlki ilə nisbətən 14,9 faizdən 9,6 faizə, avtomobil satışlarının isə 8 faiz azalaraq 462 min 978-ə düşdüyünü açıqlayıb. Digər tərəfdən, qrupun sənaye müəssisələrindən əldə etdiyi sərbəst pul axını yüzdə 3,2 artaraq 2,23 milyard avroya çatıb.

Baş Maliyyə Direktoru Harald Wilhelm, qrupun 2024-cü il üçün sabit satış proqnozunu təsdiqləyərək, qrupun "qlobal makroiqtisadi və geosiyasi perspektivə ehtiyatlı" davrandığını söyləyib. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)