Laqard: Qlobal iqtisadiyyat rəqib bloklara parçalanır
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard qlobal iqtisadiyyatın rəqib bloklara bölünməsi əlamətlərinin getdikcə artdığını ifadə edərək, “Avropa hazırda kritik yol ayrıcındadır və qloballaşma, demoqrafiya kimi bir sıra ümumi problemlərlə üzləşir. Bu çətinliklərin öhdəsindən eyni zamanda gəlmək qısa müddətdə böyük investisiyalar tələb edəcək bir səy tələb edir", - deyib.
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropa Bankçılıq Konqresindəki çıxışında Avropanın bir sıra iqtisadi şoklardan güclü şəkildə çıxdığını və bu gün real Ümumi Daxili Məhsulun (ÜDM) gözləniləndən cəmi 2 faiz aşağı olduğunu bildirib.
Bununla belə, Avropanın indi bir sıra yeni problemlərlə üzləşdiyinə işarə edən Laqard belə davam edib:
"Qlobal iqtisadiyyatın rəqabət aparan bloklara parçalanmasına dair artan işarələr var. Avropa indi kritik mərhələdədir və deqloballaşma, demoqrafiya və karbonsuzlaşma kimi bir sıra ümumi problemlərlə üzləşir. Biz çoxdan gözlənilən demoqrafik uçurum nöqtəsinə yaxınlaşırıq. Avro zonası, 15-64 yaşlı əmək qabiliyyətli işçilər, 2025-ci ildən etibarən əhalinin sayında davamlı azalma başlaya bilər. İqlim fəlakətlərinin təsiri və iqlimlə bağlı tədbirlərə ehtiyac hər il artır. Yeni ticarət maneələri yarandıqca, biz yenidən təchizat zəncirlərini qiymətləndirməli və daha təhlükəsiz, daha səmərəli və coğrafi baxımdan daha yaxın olanlara sərmayə qoymalıyıq. Bu problemlərin həlli eyni vaxtda nəsillərin səyi və qısa müddət ərzində böyük investisiyalar tələb edir”.
Lazım olan sərmayələr haqqında Laqard xatırladıb ki, Avropa Komissiyası 2030-cu ilə qədər yalnız yaşıl transformasiya üçün hər il orta hesabla 620 milyard avro, rəqəmsal transformasiya üçün isə 125 milyard avro əlavə investisiya tələb olunduğunu müəyyən edib.
“Avropa kapital bazarı parçalanıb”
Mövcud maliyyə çərçivəsinin bu investisiyaları maliyyələşdirmək üçün etibar edilə bilməyəcəyinə diqqət çəkən Laqard, "Hökumətlər İkinci Dünya Müharibəsindən bu yana ən yüksək borc səviyyələrinə sahibdirlər. Avropada bərpa maliyyələşdirməsi 2026-cı ildə sona çatacaq. Bu nöqtədə bankların vacib rolu var. Biz onlardan bu qədər risk götürəcəklərini gözləyə bilmərik. Avropa Komissiyasının iki fəaliyyət planına baxmayaraq, Avropa kapital bazarı parçalanmış vəziyyətdədir və inteqrasiya maliyyə böhranından əvvəlkindən də aşağıdır”, -deyib.
“Hərəkətə keçməyin vaxtıdır”
Laqard, Avropa istiqraz bazarlarının ABŞ istiqraz bazarlarından üç dəfə kiçik olduğunu və Avropa Birliyinin (AB) vençur kapitalının ABŞ-dan çox geridə qaldığını vurğulayıb.
Avropada rəqəmsallaşmaq və karbonsuzlaşmaq istəyən şirkətlərin ehtiyac duyduqları bütün maliyyələşdirməyə çata bilmədiklərini ifadə edən Lagarde, Avropa startaplarının da inkişaf etməmiş kapital bazarları səbəbiylə ehtiyac duyduqları maliyyə keyfiyyətinə çatmaqda çətinlik çəkdiyini ifadə edib.
Avropa startaplarının ABŞ-dakı həmkarlarının maliyyəsinin yarısından azını cəlb etdiyini bildirən Laqard, "Daim artan və dəyişən şərtlərdə inteqrasiya olunmuş kapital bazarları uğurumuzun ayrılmaz hissəsidir. Biz bir çox başqa sahələrdə çalışmalıyıq. Böyük maliyyə problemi ilə üzləşdiyimiz üçün hərəkətə keçməyin vaxtıdır", - söyləyib.