“Sevimli Dad” sosiskasının üzərində mal əti göstərilsədə, içində aşkarlanmayıb
Azərbaycanda kolbasa və sosiskalar istehsalçısı “M&T” LTD firmasının “Sevimli Dad” əla növ südlü sosiska mal əti aşkar edilməyib.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə açıqlama yayıb.
AQTA bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Həmin siyahıda “M&T” LTD firmasının adı da var.
Qeyd edilir ki, Sevimli Dad” əla növ südlü sosiskası üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlamayıb. AQTA həmin məhsulda hansı ətin aşkar edilməsi ilə bağlı məlumat vermir.