MALİYYƏ

Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarıldı

2018-ci ildə Rusiyanın tədiyyə balansında cari əməliyyatları üzrə qalıq rekord məbləğdə - 114,9 mlrd. ABŞ dolları olub.

Bu barədə Rusiya Bankında (Mərkəzi Bank) istinadən xəbər verilir. 

Kəskin artımda həlledici rolu xarici ticarət üzrə müsbət saldonun 2017-ci illə müqayisədə 1,7 dəfə artaraq 194,4 mlrd. dollara çatması oynayıb. 

Ötən il Rusiyada özəl sektorun qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatları üzrə müsbət saldo 67,5 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artım deməkdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)