MALİYYƏ

Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Büdcə xərclərinin proqram təsnifatı”na "Dincə qoyulmuş torpaq subsidiyasının verilməsi" əlavə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)