Alimlər xərçəngin yeni müalicə üsulunu tapıblar
Rusiyanın "Moskva Elektron Texnologiya İnstitutu" (MİET) Milli Tədqiqat Universitetinin alimləri Polşadan olan həmkarları ilə birlikdə sağlam bədən hüceyrələri üçün toksik olmayan ağciyər xərçəngi ilə mübarizədə effektiv olan dərman hazırlayıblar.
ENA.az xəbər verir ki, tədqiqatların nəticələri "International Journal of Molecular Sciences" jurnalında dərc edilib.
Alimlər qeyd edirlər ki, hazırda xərçəngin müalicəsində istifadə olunan dərmanlar orqanizm üçün toksikdir, əks təsirlərə səbəb olur və orqanizmin normal fiziologiyasına gözlənilməz təsir göstərir.
Onlar tərəfindən sintez edilən perspektivli preparat, tədqiqatın nəticələrinə görə, xərçəng xəstəliyinə qarşı yüksək aktivliyə malikdir.