Bankların xarici borcları daha da azalıb
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2018-ci il dekabrın 1-nə 1 milyard 848,8 milyon manat təşkil edib. Bu, 2018-ci il noyabrın 1-i ilə müqayisədə 83,8 milyon manat və yaxud 4,3% azdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında bildirilir.
Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 652,2 milyon manat və yaxud 26,1% azalıb. 2018-ci ilin əvvəlindən isə bu göstəricidə 459,5 milyon manat və yaxud 19,9% azalma qeydə alınıb.