"Aqrarkredit" BOKT-un ABB-yə nə qədər borcu var? -AÇIQLAMA

"Aqrarkredit" BOKT-da ABB banka məxsus 134 milyon dollarlıq veksel qalıb.
ABB-nin İdarə Heyəti sədrinin müavini Nəbi Əliyevin sözlərinə görə, 2024-cü ildə daha Aqrarkredit ABB-yə 60 milyon dollar ödəyib.
Ümumiyyətlə, ABB-nin "Aqrarkredit" BOKT-a ötürdüyü toksik aktivlərin həcmi 500 milyon dollar olub. Bu borclar veksel formasında rəsmiləşdiriıib.