TURİZM

“Turkish Airlines” Rusiyaya bütün reysləri ləğv edib

“Turkish Airlines” Antalya, Dalaman və Bodrumdan Moskva da daxil olmaqla Rusiyanın şəhərlərinə bütün reyslərini ləğv edib.

Tədbir Rusiya hava limanlarında uçuşların gecikmələri və təxirə salınması səbəbindən həyata keçirilib. Qeyd edək ki, Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys ləğv edilib.

Rusiya Nəqliyyat Nazirliyi hazırda Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarının normal rejimdə işlədiyini bildirib. Mayın 8-i səhər saatlarına olan məlumata görə, hava limanlarında 51 reys gecikib. Ştat cədvəlinin mayın 8-də Moskva vaxtı ilə saat 18:00-a qədər bərpa olunacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)