Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı enəcək
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.
Xidmətdən bildirilib ki, sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 3-ü axşamdan arabir 25-30 m/s-dək güclənəcəyi, 4-ü səhər isə zəifləyəcəyi gözlənilir.
Sentyabrın 3-ü axşam, 4-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Rayonlarda sentyabrın 2-si axşamdan 4-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, bəzi Kür vadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.