MALİYYƏ

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

ENA.az hərracın nəticələrinə əsasən, xəbər verir ki, xəzinə hesabının 500,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)