Azərbaycanda bu tibb müəssisəsi ləğv olunur

"OLİMP MEDİCAL" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
ENA.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 39, mənzil 18 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Olimp Medical MMC 2020-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ağakişiyev Aqil Naftalan oğludur.