Koronavirusa qarşı ən yaxşı peyvənd seçilib
“World Vaccine Congress Washington 2021” konqresində koronavirusa qarşı ən yaxşı peyvənd seçilib. Bildirildiyi kimi, bu, “Moderna” olub.
ENA.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
ABŞ-da və bir sıra digər ölkələrdə təcili istifadə üçün lisenziya alan bu preparat “AstraZeneca”, “Bharat Biotech”, “Janssen”, “Medicago”, “Novavax”, “Pfizer/BioNTech” və “Sputnik V”ni geridə qoyub.
Konqres təşkilatçıları ayrıca “Moderna” peyvəndini “ən yaxşı texnologiya (peyvənd platforması) adlandırıb”. Bu kateqoriyada, o, “BioNTech”, “Inovio”, “Janssen”, “Medicago”, “Novavax”, “Vaccitech” və “GeneOne Life Science” preparatlarını qabaqlayıb. Qalibin seçildiyi parametrlər açıqlanmır.