BİZNES

Planlı "kanal müharibələri": Süveyş tıxacının maraqlı tərəfləri

Süveyş kanalında bir neçə gün qapalı qalan və qlobal dəniz ticarətini kilidləyən “The Ever Given” gəmisi bugün nəhayət hərəkətə gətirilib və kanal açılıb. 400 metr uzunluğunda gəminin hərəkətə başlamasını ilə kanalın giriş-çıxışında 450 gəmi gözləyirdi. 

 

İqtisadi zərər milyardlarla hesablanır

Bu "Süveyş böhranı" isə yeni kanal, yol və alternativ yol müharibələrini də başlatdı. Böhrandan ən çox qazanc əldə edəcək İsrailin Süveyşi geridə qoyacaq yeni kanal layihəsi artıq rəflərdən masa üstünə keçir. "Müharibə"nin digər tərəfləri İngiltərə, Rusiya və Çindir... Rusiyanın böhranda qaz ticarətini artıra biləcəyi bildirilir. Digər tərəfdən Rusiyanın Londondakı səfirliyi, İngiltərənin 16 Martdaki “Çin və Rusiya beynəlxalq su yollarında sabitliyi poza bilər" açıqlamasına “The Ever Given” şəklində reaksiya verdiyini xatırladıb. Səfirlik şübhəli hesab etdiyi qəzaya görə İngiltərəyə eyham vurub.

Süveyş Kanalında hər iki tərəfdə gözləyən gəmi sayı 450-ə yaxınlaşmışdı, iqtisadi zərərin isə milyard dollarlarla ölçüldüyü bildirilir. Bu arada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birlikdə Süveyşə alternativ yeni kanal planları hazırlayan İsrailin layihəsi daha yüksək səslə səsləndirilməyə başladı. Hadisənin İsrailin layihəsinin gündəmə gəldiyi bir vaxtda baş verməsi də maraqlı nüansdır. Mütəxəssislər xilasetmə işlərinin ləng aparıldığını və bunun alternativ axtarışları gündəmə gətirdiyini bildiriblər.

 

İsrailin çörəyinə yağ çəkdi

Orta Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Ahmet Uysal, bu böhranın İsrailin alternativ yolunu gündəmə gətirəcəyinə də diqqət çəkdi: “İsrailin alternativ kanal layihəsi əvvəllər də müzakirə edilmişdi. Boru kəmərinin Ağabədən Ağdənizə qədər genişləndirilməsi üçün səylər var. Misir bu müddətdə bəzi çətinliklərlə qarşılaşacaq. Çünki əvvəl Süveyş kanalındakı qəza, daha sonra qatar qəzası Qahirəyə olan inamı sarsıdır. Bu inkişaflar İsrailin çörəyinə yağ çəkdi. Qəsdən olub-olmamasından asılı olmayaraq bu cür qəzalar alternativ axtarışını stimullaşdırır. 

“Texnologiya çox inkişaf etdi. İsrail hətta Süveyşə alternativ ola biləcək, böyük gəmilərin keçməsi üçün uyğun və daha geniş, ikitərəfli trafik təmin edə biləcək bir kanal qura bilər. Bu, Misirə ağır bir zərbə olardı”. Beyrut Limanındakı partlayışdan sonra İsrail limanlarının alternativ olaraq göstərildiyini xatırladan Uysal, “İngilislər və sionistlər İsrail qurarkən çox strateji bir yer seçdilər. Bölgənin tam mərkəzində yerləşdiyinə görə, İsrail hər hadisədə önə çıxa bilir", - deyib.

İsrailin Süveyşə alternativ olmaq səyləri 1960-cı illərə qədər uzansa da; İsrailin Baş naziri Binyamin Netanyahu 2012-ci ilin əvvəlində konkret açıqlama verdi. Süveyş kanalına rəqib olacaq Qırmızı dənizdəki Elat ilə Aralıq dənizindəki Təl-Əviv arasında 350 km uzunluğunda bir yol və dəmir yolu şəbəkəsi inşa ediləcəyini açıqlayan Netanyahu, "Bu layihə önümüzdəki 50 il ərzində İsraili təpədən dırnağa dəyişəcək", demişdi. 

O da məlumdur ki, bu vəziyyət alıcı, satıcı və son istehlakçıya təsir edəcək. Bu marşrut dəyişikliyi maliyyələrin yüzdə 25 artmasına səbəb olur. Uzun müddətli bir tıxanma olsaydı, bütün tarazlıqları dəyişdirərdi...

Süveyş kanalında qapalı qalan və 150 ​​gəminin qapalı qalmasına səbəb olan "The Ever Given" yük gəmisinin gündəlik 9,6 milyard dollarlıq itkiyə səbəb olduğu bildirilərkən, Qərbdə neft çaxnaşması başladı. Mütəxəssislərdən gəminin ikiyə bölünməsi və kanaldan çıxarılması barədə bir fikir ortaya çıxdı.

Lakin buna ehtiyac qalmadı və suyun artması ilə gəmini hərəkətə gətirmək mümkün oldu. Bu isə ilk növbədə neft qiymətlərinin düşməsinə səbəb oldu. Dünya neft bazarının 10%-ni təmin edən bu kanalın işə düşməsi isə Brent neftinin bir barelinin qiyməti 63,96 dollara endi. 

 

P.S. Süveyş Kanalı da daxil olmaqla Okean Yolu, Çindən Londona gedən əsas ticarət yollarından biridir. Süveyşdəki böhranla bir çox analitik ən yaxşı marşrutun Azərbaycandan keçən Tarixi İpək Yolu olduğunu bildirir. Çin Prezidenti Xi Cinping tərəfindən 2013-cü ilin sonunda elan edilən və Tarixi İpək Yolunu canlandırmaq üçün son illərdə həyata keçirilən "Bir Kəmər Bir Yol" layihəsi, dayanmadan 10 min km yol qət edərək Avropaya 15-20 gündə çatmağı mümkün edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)