Sosial iqtisadiyyat

Azərbaycanda əmək müqavilələrinin 94%-i elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb.

ENA.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, bununla əmək müqavilələrinin artıq 94 %-i elektronlaşdırılıb.

İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)