Azərbaycanda biznesin inam indeksi yenidən düşüb
Azərbaycanda 1 yanvar 2021-ci il tarixinə biznesin inam indeksləri düşüb.
Bu barədə ENA.az Azərbaycan Mərkəzi Bankına istinad edir.
Sənayenin inam indeksi son bir ayda 11.6 bənddən 8.6 bəndə düşüb. Son üç ay üçün məhsul istehsalı 5.4, icraya qəbul edilmiş sifarişlər sıfırın altında 23.7 hazır məhsul ehtiyatı 2.1 bənd olub. Növbəti üç ay üçün istehsal gözləntiləri 22.6, qiymət gözləntiləri 1.3 bənd təşkil edib.
Sənayenin inam indeksi = (məhsul istehsalı – hazır məhsul ehtiyatı + istehsal gözləntiləri)/3
Pərakəndə Ticarət İnam İndeksi son ayda 6.8 bənddən sıfırın altında 0.1 bəndə düşüb. Son üç ayda faktiki satışlar sıfırın altında 16.5, mal ehtiyatlarının dəyişməsi sıfırın altında 10.6 bənd olduğu halda növbəti üç ay üçün isə satışlar üzrə gözləntilər sıfır altında 26.7 bənd, qiymət gözləntiləri isə sıfırın altında 14.7 bənd təşkil etmişdir.
Pərakəndə Ticarət İnam İndeksi = (faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər)/3
Tikinti İnam İndeksi son ayla müqayisədə 3.1 bəndlə dəyişməz qalıb. Son üç ay üzrə tikinti işlərinin həcmi sıfırın altında 36.1, icraya qəbul edilmiş sifarişlər sıfırın altında 35.8 bənd olmuşdur. Növbəti üç ay üçün, işçilərin sayının dəyişməsi 41.9 bənd, qiymət gözləntiləri 11.1bənd, sifarişlərin icra müddəti 12.2 ay təşkil etmişdir.
Tikinti İnam İndeksi= (İcraya qəbul edilmiş sifarişlər + İşçilərin sayının dəyişməsi gözləntiləri)/2
Xidmət İnam İndeksi son bir ayda sıfırın altında 0.5 bənddən daha da azalaraq sıfırın altında 1.5 bəndə düşüb. Burada son üç ay üçün sıfırın altında 4.4 bənd, biznes şəraiti 2.5 bənd, növbəti üç ay üçün isə faktiki tələb tələb gözləntisi 3.3 bənd, qiymət gözləntiləri isə 7.2 bənd təşkil edib.
Xidmət İnam İndeksi = (Biznes şəraiti + Faktiki tələb + Tələb gözləntisi )/3