Koronavirus peyvəndi vurulan İsrail vətəndaşı öldü
Yaşlı İsrail vətəndaşı koronavirusa qarşı “Pfizer” peyvəndi olunduqdan sonra infarkt keçirib.
“RİA Novosti” bu barədə İsrail Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.
“Ölkənin şimalından, ürək xəstəliyindən və xərçəngdən əziyyət çəkən, əvvəllər bir neçə dəfə infarkt keçirən 75 yaşlı kişi bu gün səhər koronavirus əleyhinə peyvənd edildi və peyvənd olunduqdan bir müddət sonra evdə ölüb”, - deyə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur.
Hadisəni araşdıran komissiyadan bildirilib ki, ölümün peyvəndlə hansısa əlaqəsi aşkar etməyib, peyvənd kampaniyası davam edir.
Xatırladaq ki, İsraildə COVID-19-a qarşı əhalinin kütləvi peyvəndlənməsi 20 dekabrda başlayıb.