Sağlamlıq

95% təsir gücü təsdiqlənən peyvəndin adı bəlli oldu

BioNTech ilə Pfizer-in koronavirus əleyhinə hazırladığı peyvəndə Comirnaty adı verilib.

Türkiyə mediası yazlr ki, 95% təsir gücü təsdiqlənən peyvəndin 2020-ci ilin sonunadək 50 milyon, 2021-ci ilin sonunadək isə 1 milyard 300 milyon doza buraxılması planlaşdırılır.

Vaksinlər 1000-5000 doza aralığında peyvənd tutumu olan soyuq hava qutularında daşınacaq.

Şirkətin yerləşdiyi Almaniyada vaksin paylanması 25 paylama mərkəzi üzərindən 450 peyvəndləmə mərkəzinə göndəriləcək.

Qeyd edək ki, peyvəndin bağ ağrısı və yorğunluq kimi əkls təsirlərinin olduğu qeydə alınıb. Belə ki, vaksin olunan şəxslərin 2%-də baş ağrısı, 3,8%-də yorğunluq müşahidə olunub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)