Sağlamlıq

Qazaxıstan “Sputnik V” peyvəndinin istehsalına başlayır

Qazaxıstanda dekabrın 22-dən Rusiyanın “Sputnik V” peyvəndinin istehsalına başlanılacaq.

ENA.az xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti Vladimir Putin ilə razılaşmaya uyğun olaraq, dekabrın 22-dən Qazaxıstanda Sputnik V peyvəndinin istehsalına başlanacaq”, – mesajda deyilir. Qeyd edək ki, Qazaxıstanda könüllü vaksinasiyaya 2021-ci ilin əvvəlində başlamaq planlaşdırılır.

“Birinci mərhələdə həkimlər, müəllimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, əhalinin ən çox yoluxma riski olan insanlar vaksinasiya ediləcək”, – mətbuat xidməti bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)