Tramp: “Bir ay ərzində neftin qiyməti qalxacaq”
ABŞ Prezidenti Donald Tramp neft qiymətlərini şərh edərkən bildirib ki, bu, qısamüddətli tendensiyadır.
“RİA Novosti” xəbər verir ki, D.Tramp jurnalistlərlə görüşündə bir ay ərzində vəziyyətin stabilləşəcəyini və neftin bir barelinin qiymətinin 25-28 dollara qədər yüksələcəyini söyləyib.
D.Tramp əlavə edib ki, hazırkı qiymətlər ABŞ-a milli və strateji ehtiyatları doldurmağa imkan verir.