Azərbaycan neft ixracını 9 %-ə yaxın artırıb

Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən 12 milyon 46 min 352,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin m'lumat;nda bildirilir.
Yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 409 milyon 319,05 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilmiş xam neftin həcmi 8,5 % artıb, dəyəri isə 8,6 % azalıb.
6 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 49,8 % olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.