Bank

"Elektron ödənişlər 3,3 dəfə artıb"

Ölkəmizdə fəaliyyət göstərən 30 bankdan 24-də İnternet bankçılq, 25-də isə mobil bankçılıq tətbiq edilib.

 

"BI"  xəbər verir ki, bunu, “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

 

“2018-ci ilin 9 ayında cari hesablar üzrə aparılmış əməliyyatların 25%-i elektron ödənişlər hesabına həyata keçirilmişdir. Bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 dəfə artıb”,- İ.Alışov deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department