Sağlamlıq

Orqanizmi xərçənglə mübarizə aparmağa öyrətməyin - YOLU TAPILDI

İsveçrənin Bazel Universitetinin alimləri müəyyən ediblər ki,  antitellərin müxtəlif fəaliyyət mexanizmləri ilə eyni vaxtda istifadə edilməsi immun sistemini xərçənglə effektiv mübarizə aparmağa öyrədə bilər.

Bu barədə “MedicalXpress” nəşrində yerləşdirilən press-relizdə deyilir.

Tədqiqatçılar heyvanlar  üzərində aparılan təcrübələrdə göstəriblər ki,  immun hüceyrələrini stimullaşdıran antitel effekti, onların “CD40” reseptorlarına təsir edərək şişlərin qan damarlarına yapışan digər antitellərlə gücləndirilə bilər.

Əvvəllər “CD40”ın antitellərinə böyük ümidlər bəslənilirdi, lakin belə bir müalicəyə xəstələrin 20 faizindən az qisminin reaksiya verdiyi məlum olub.

Alimlər müəyyən ediblər ki, “CD40”ın antitelləri yenitörəmələrin daxili hissələrində deyil, şişlərin periferik sahələrində yığılan sitotoksik T-limfositlərin (t-killerlərin) sintezinə gətirib çıxarırlar. “T-killer”lərin şiş toxumasına nüfuz etməsini yaxşılaşdırmaq üçün tədqiqatçılar dərmanı yeni qan damarlarının yaranmasına təsir edən antitellərlə birləşdiriblər. Yeni birləşmə bağırsaq, döş və dəri şişləri olan heyvanlarda xərçəng toxumalarının məhv edilməsini yaxşılaşdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)