Gələn ilin əsas sürprizi avrodur
2020-ci ildə avro öz güclü dinamikası ilə analitiklər və treyderləri təəccübləndirə bilər. Avrozonanın valyutası dollara qarşı hansı amillərin hesabın güclənə bilər?
“Bloomberg” respondentlərinin proqnozlarına görə, mart ayının sonunda avronun qiyməti 1,12 dollar, 2020-ci ildə isə 1,16 dollar təşkil edəcək. Qeyd edək ki, hazırda vahid valyutanın dəyəri 1,1070 dollar təşkil edir.
Buna baxmayaraq, bəzi analitiklər büdcə təşviqinin perspektivlərini, Avropa Mərkəzi Bankının faiz dərəcələrini aşağı salması ilə bağlı güclənən tənqidləri və avronun maliyyələşdirmə valyutası kimi istifadə edilməsini təhlükə altına ala biləcək artan dəyişkənliyi yanlış qiymətləndirmiş ola bilərlər.
Getdikcə daha çox bank 2020-ci ildə avro ilə bağlı olan perspektivləri müsbət qiymətləndirməyə başlayır.
Məsələn, “Morgan Stanley” bankı 2020-ci ilin birinci rübündə avronun demək olar ki, 5% bahalaşacağını proqnoz etmişdir.
“ABN Amro Bank NV” və “Commerzbank AG” növbəti ilin mart ayının sonuna qədər avronun 1,14 dollara qədər artacağını gözləyirlər. Mütəxəssislərin fikrincə, bunun üçün region iqtisadiyyatının sabitləşməsi və Brexit məsələsi ətrafındakı qeyri-müəyyənliyin olmaması tələb olunur.
Avropa Mərkəzi Bankının prezidenti olan Christine Lagarde, cümə axşamı günü keçirilmiş iclasda maliyyə stimulunun artırılmasının vacibliyini vurğulamışdı.