Bank

Mərkəzi Bank 1 milyard manat gəlir əldə edib. Mənbələr nələrdir?

Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə 1 milyard 64 milyon manat gəlir əldə edib. ENA.az hesabata əsasən xəbər verir ki, gəlirlərin strukturu aşağıdakı kimidir:

- 885.9 mln. manatı valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən qiymətləndirmə və konvertasiya gəlirlərindən,

- 51.3 mln. manatı daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz gəlirlərindən,

- 11.4 mln. manatı mərkəzləşdirilmiş kredit resursları üzrə faiz gəlirlərindən,

- 18.1 mln. manatı müştərilərə göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olmuşdur.

- 28.8 mln. manatı maliyyə öhdəliklərinin ədalətli dəyərdə ilkin tanınması üzrə gəlirlər,

- 12.9 mln. manatı maliyyə aktivlərinin amortizasiyası

- 2.1 mln. manatı həmin aktivlərin ədalətli dəyərinin dəyişiklikləri üzrə gəlirlər,

- 0.4 mln. manatı isə daxili bazarda törəmə maliyyə alətləri üzrə gəlirlərdən, 

- 45.3 mln.manatı amortizasiya olunan kateqoriyasına aid maliyyə aktivləri üzrə yaradılmış ehtiyatların bərpasından

- 7.8 mln. manatı xatirə və investisiya pul nişanlarının satışı, investisiya mülkiyyətinin yenidən qiymətləndirmə üzrə və s. gəlirlərdən formalaşıb.

2024-cü ildə təkcə valyuta aktivlərinin idarə edilməsindən gəliri rekorda - 491,6 milyon ABŞ dollarına yüksəlib. Bu, 2023-cü illə müqayisədə 5,4 % çoxdur. Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır.

Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)