Avroya keçən 21-ci ölkənin adı - AÇIQLANDI

Avropa İttifaqı Bolqarıstanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırıb. 2026-cı il yanvarın 1-dən Bolqarıstanda istifadə olunan valyuta avro olacaq.
Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstan Mərkəzi Bankının qanunvericiliyindən tutmuş, yaşanan inflyasiyaya qədər ölkənin bir çox göstəricisini qiymətləndirdikdən sonra 1 yanvar 2026-cı il tarixindən etibarən avro valyutasını qəbul etmək üçün bütün kriteriyaları yerinə yetirdiyini açıqladı.
"Bu müsbət yaxınlaşma qiymətləndirməsi Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avroya keçməsinə yol açır və avro zonasına qoşulan iyirmi birinci Aİ üzvü olur" deyə Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn bildirib.