Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
AMB banklardan 1 milyarddan çox "pulu yığdı". Neçə faizlə? | ENA.az
Bank

AMB banklardan 1 milyarddan çox "pulu yığdı". Neçə faizlə?

Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədəki pulu yığmaq üçün ciddi şəkildə sterilizasiya əməliyyatlarına başlayıb. ENA.az xəbər verir ki, AMB not hərracları ilə yanaşı repo əməliyyatlarının sayını ciddi şəkildə artırıb. Dünən Bakı Fond Birjasında keçirilən repo hərracında tənzimləyici sektordan  1 milyard 200 milyon manatı götürərək 7 günlük borclanmaya getdi.

Banklar isə hərraca 1 milyard 281 milyon 41 min 500 manat çıxartmışdı. Beləliklə, 14 investordan götürülən borc üzrə AMB, 7.22% orta faizlə ödəniş edəcək.

Bugün və sabah, yəni iyunun 4-ü və 5-ində AMB not hərracları vasitəsilə əlavə 70 milyon manatı da dövriyyədən yığacaq. Bu notlar isə 28, 84, 168, 252 günlükdür.

Qeyd edək ki, İyunun 1-nə Azərbaycanda pul bazası 20 milyard 629,7 milyon manat təşkil edib. Son bir ildə ölkədə pul bazası 3,4 % artıb, AMB-nin sterilizasiya əməliyyatları nəticəsində ilin əvvəlinə nisbətən isə 1,4 % azalıb. May ayında pul bazası 0,4 % kiçilib. AMB yalnız ötən ay 6 repo hərracı keçirib.

Məlumat üçün qeyd edək ki, REPO qısamüddətli borc alətidir və bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər. Azərbaycanın maliyyə sektorunun tənzimləyici qismində iştirak edən AMB isə maliyyə ehtiyacları ilə bağlı deyil, dövriyyədə olan likvid pulları yığmaqla makroiqtisadi sabitliyi təmin etməyə çalışır.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)