Sənaye

Çin şirkəti Azərbaycanda zavod açacaq

Çinin “Youkai” şirkəti Azərbaycanda zavod açmaq niyyətindədir.

Bu barədə şirkətin rəhbəri Huanq Pinq ötən gün keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində deyib.

O, əvvəlcə şirkət barədə məlumat verib: “Bizim şirkət yüksək səviyyəli məişət təmizləyici məhsullar istehsal edir. Məsələn, paltar yuyucu, mətbəx təmizləyici, eləcə də döşəmə təmizləyici vasitələr istehsal edirik.

Biz tədqiqat və inkişaf sahəsinə çox önəm veririk, innovasiyalara fokuslanmışıq. Bu səbəbdən bir çox beynəlxalq tanınmış brendlər üçün orijinal istehsalçı xidməti göstəririk. Məsələn, “Unilever” kimi şirkətlər və “FairPrice”, “Lamb”, “Bimax” kimi qlobal markalar üçün məhsullar istehsal edirik”.

Şirkət rəhbəri Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduqlarını qeyd edib:

“Çin və Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur. Bu səbəbdən biz azərbaycanlı tərəfdaşlarla daha dərin əməkdaşlıq qurmağı ümid edirik.

Əgər biznes imkanları yaranarsa, biz Azərbaycanda bir zavod qurmaq və Azərbaycan xalqına daha çox yüksək keyfiyyətli məişət təmizləyici məhsullar təqdim etmək istəyirik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)