MALİYYƏ

Azərbaycanda pul bazası mayda cüzi azalıb

İyunun 1-nə Azərbaycanda pul bazası 20 milyard 629,7 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,4 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4 %, azalıb, son 1 ildə isə 3,4 % artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)