Elnur Əliyev: “Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib”

Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. İtisadiyyat nazirinin I müavini Elnur Əliyevin Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışına əsasən, əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar açır.
“Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 % artaraq 1,4 milyard ABŞ dollarını üstələyib".
E. Əliyev vurğulayıb ki, Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir: “Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər”.